Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Oxu24.com xəbər verir ki,bu barədə cümə günü, avqustun 25-də Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Danışıqların tarixi və yeri daha sonra açıqlanacaq.
"Görüşün tezliklə baş tutacağı ilə bağlı anlaşma var. Biz adətən elanı tərəfdaş ölkələrlə sinxronlaşdırırıq və bunun dəqiq nə vaxt və harada keçiriləcəyi barədə yaxın vaxtlarda sizə məlumat verəcəyik", - o bildirib.
Bundan əvvəl media Türkiyənin diplomatik dairələrindəki mənbələrə istinadən iki liderin görüşünün sentyabrın 4-də Soçidə keçiriləcəyini yazmışdı. Amma Türkiyə prezidentinin Rusiyaya səfərinin rəsmi tarixi açıqlanmayıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR