Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94284
az

"Vaqner"də Priqojinin postuna o gətirilir - FOTO

13:1825 Avqust, 2023
300
DÜNYA
  • A

"Vaqner"in Rusiya höhumətinə qarşı üsyan cəhdindən sonra muzdluların liderinin dəyişəcəyi barədə iddialar səsləndirilmişdi.

OXU24.COM  xəbər verir ki, yerli media "Vaqner"in lideri postuna namizədlərin muzdluların liderlərindən hesab edilən Dmitri Utkin və muzdlularla dövlətin bağlantısını təmin edən Andrey Troşev olduğunu yazırdı.

Məlumata görə, Dmitri Utkinin Yevgeni Priqojinlə təyyarə hadisəsində həlak olmasından sonra "Vaqner"in lideri postuna tək namizədin Andrey Troşev olduğu qeyd edilib. Utkinin ölümündən sonra Troşev "Vaqner"də yeganə lider olaraq qalıb. 61 yaşlı Torşev Putinin yaxın adamlarından hesab edilir. Bildirilir ki, "Vaqner"in Sankt-Peterburqdakı inzibati heyətin rəhbəri olan 61 yaşlı Andrey Troşev tanınmış keçmiş komandirdir.

Polkovnik rütbəsi ilə ordudan təqaüdə çıxan Troşev əvvəllər DTK-da baş zabit vəzifəsində çalışıb. Əfqanıstan və Çeçenistan müharibələrində komandir kimi xidmət etmiş Troşev, "Vaqner"in Suriyadakı hərbi stratgeyiyasını hazırlayan komandir olub.

Məqaləyə dair fotomateriallar:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zelenski F-16 qəzasına görə onu vəzifədən qovdu
Hindistan təcili olaraq Amerika pilotsuz təyyarələri alır
Donetskdə son durum: yüzlərlə ailə təxliyə edilir