İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales avqustun 25-də ispan futbolçu Cennifer Hermosonun qalmaqallı öpüşünə görə istefa verəcək.
Oxu24.com xəbər verir ki,bu barədə El Español məlumat yayıb.
Qeyd olunur ki, bunun müqabilində İdman üzrə Ali Şura (CSD) Rubialesə qarşı intizam işini bağlayacaq.
Qeyd edilir ki, Rubiales matç adamlarına qarşı təhqiramiz davranış qadağasını poza bilər.
Avqustun 20-də Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatının finalında İspaniya yığması İngiltərəyə qalib gəlib (1:0). İspaniyalı futbolçular tarixdə ilk dəfə olaraq turnirin qalibi olublar.
Mükafatlandırma mərasimində milli komandanın qələbəsinə sevinən Rubiales futbolçu Hermosonu qucaqlayıb və dodaqlarından öpüb. Bir çox jurnalist və fanat Rubialesi tənqid edərək, onun davranışını hədsiz adlandırıb.
Daha əvvəl FİFA-nın Rubialeslə bağlı işi araşdırdığı bildirilirdi
Müəlif:Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR