Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94268
az

NYT: ABŞ sentyabr ayında UAF pilotlarına F-16 qırıcılarını idarə etməyi öyrətməyə başlayacaq

23:0224 Avqust, 2023
128
DÜNYA
  • A

ABŞ hakimiyyəti Ukrayna pilotlarına dördüncü nəsil F-16 qırıcılarını idarə etmək üçün müstəqil təlim keçmək qərarına gəlib, təlimlər sentyabrda başlayacaq.

Oxu24.com xəbər  verir  ki,bu barədə “The New York Times” Pentaqonun nümayəndələrinə istinadən yazır.

“Pentaqon ABŞ-da F-16-da ukraynalı pilotlara təlim keçməyi planlaşdırır”, - məqalədə deyilir.

Nəşrin yazdığına görə, əvvəllər Avropa ölkələrinin ukraynalı pilotlara təlim keçəcəyi, lazım gələrsə, ABŞ-ın da proqrama qoşulacağı planlaşdırılırdı.

“Ukraynanın Müstəqillik Gününə təsadüf edən qərarın avqustun 24-də günortadan sonra açıqlanması gözlənilir”, - məqalədə deyilir.

ABŞ-ın əvvəlcə Avropa təlim proqramlarında iştirak etmək üçün nəzərdə tutulmuş pilotları hazırlayacağı, yoxsa əlavə qrup olacağı hələ dəqiq bilinmir.

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur ulduzun malikanəsində şər ruhlar dolaşır -ŞOK İDDİA
Türkiyədə çökən mədəndən 2 nəfər XİLAS EDİLDİ
Makronun ARVADI KİŞİDİR -Ouens sübutları dərc edəcəyinə SÖZ VERDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı