PKK terroru İraq torpaqlarında gizlənir. Ümid edirəm ki, bu virusu birlikdə İraqdan təmizləyəcəyik.
Oxu24.com xəbər verir ki, bu sözləri Fidan Ərbildə İraq Kürd Regional Rəhbərliyinin (KRG) baş naziri Məsrur Bərzani ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
İraqın xarici işlər naziri olaraq İraqa ilk səfəri zamanı Bağdaddakı təmaslarından sonra bu gün Ərbildə olmaqdan çox məmnun olduğunu ifadə edən Fidan, KRG Baş naziri Bərzaniyə və regional hökumət orqanlarına göstərdikləri qonaqpərvərliyə görə səmimi təşəkkürlərini bildirib.
Fidan Ərbildəki təmasları çərçivəsində KRG sədri Neçirvan Bərzani ilə görüşdüklərini və KRB baş naziri Bərzani ilə ikitərəfli əlaqələri hərtərəfli qiymətləndirmək fürsəti əldə etdiklərini bildirib.
Türkiyə ilə İraq arasında əlaqələrin çox dinamik inkişaf etdiyini vurğulayan Fidan Türkiyənin Bağdad və Ərbillə əlaqələrinin ölkə gündəmində hər zaman əhəmiyyətini qoruduğunu vurğulayıb.
"Ümid edirəm bu virusu İraqdan birlikdə təmizləyəcəyik"
Fidan bu səhər Ərbildə KRG prezidenti Neçirvan Bərzani ilə görüşdüklərini, baş nazir Məsrur Bərzani ilə ikitərəfli və heyətlərarası görüşlər keçirdiklərini qeyd edib.
Terrorla mübarizə başda olmaqla enerji, iqtisadiyyat və ticarət kimi bir çox mövzunu nəzərdən keçirmə fürsəti tapdıqlarını ifadə edən Fidan İraqın problemli illərində Ərbilin hər zaman sabitlik və təhlükəsizlik şəhəri olaraq davam etdiyini bildirib.
Fidan bu sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın davam etdirilməsinin həqiqətən vacib olduğuna inandıqlarını ifadə edərək, Türkiyənin bunun davam etməsi üçün Ərbil rəhbərliyinə hər cür yardım və dəstəyi verməyə hazır olduğunu bildirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR