Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94247
az

Lavrov: Qərb Rusiyanın  taxıl müqaviləsi ilə bağlı şərtlərini yerinə yetirmək istəmir

18:3124 Avqust, 2023
126
DÜNYA
  • A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Rusiyanın irəli sürdüyü taxıl müqaviləsi şərtlərini yerinə yetirməyə hazır deyil.

Oxu24.com xəbər verir  ki,O, bunu “İzvestiya”nın müxbiri Dmitri Larunun sualına cavabında deyib.


"Hələlik biz belə əlamətlər görmürük. Qərb yalnız Rusiyanı BMT-nin təkliflərini dəstəkləməyə çağırır. Bu təkliflər Moskvanın paket sazişlərin Ukrayna hissəsinə verdiyi razılığı geri götürməməsi ilə bağlı dəfələrlə olub", - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Moskvanın Qara Dəniz Təşəbbüsündə iştirakını davam etdirməsi müqabilində Qərb, məsələn, Rosselxozbank-ın SWIFT sisteminə qaytarılması ilə bağlı “söhbətə başlayacaq”.

Eyni zamanda, Qərb əvvəllər də eyni mövqedən çıxış edirdi, lakin Rusiyanın sövdələşmədə iştirakı zamanı heç bir məqamı yerinə yetirilmədi.

Lavrov qeyd edib ki, Moskva taxıl müqaviləsini bərpa etməyə hazırdır, ancaq bütün razılaşmalar və vədlər yerinə yetirildikdən sonra mümkündür.

Bundan əvvəl o, avqustun 24-də taxıl sazişi mövzusunda BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcəyini bildirmişdi.

 

 

Müəllif: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Rumıniyada müxalifətin mitinqi keçirilir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb