Çin prezidenti Si Cinpin Cənubi Afrikada BRİKS sammitinin açılışını qaçırıb.
Onun adından bəyanatları ticarət naziri Vanq Ventao oxuyub.
Oxu24.com bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Xi Jinping bəyanatında "daha ədalətli və bərabər beynəlxalq nizam" qurmaq üçün BRİKS-in genişləndirilməsinə çağırıb.
Həmçinin BRİKS-in “nə qədər müqavimətlə qarşılaşmasından asılı olmayaraq” genişlənməyə davam edəcəyi bildirilir.
"Hazırda dünyada, bizim dövrümüzdə və tarixdə baş verən dəyişikliklər heç vaxt olmadığı kimi cərəyan edir və insan cəmiyyətini kritik bir məqama gətirir",- deyə Vanq Ventao bildirib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR