Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94212
az

31 il əvvəl Daşaltıda itkin düşən şəxsin meyitinin qalıqları dəfn olundu - FOTO

15:2823 Avqust, 2023
419
HƏRBİ
  • A

Şuşa rayonunun Daşaltı kəndində 1992-ci ildə itkin düşən 1969-cu il təvəllüdlü Mikayılov Baba Balakişi oğlunun qalıqları anadan olduğu Şamaxı rayonunda dəfn olunub.

OXU24.COM  Trend-ə istinadən bildirir ki, bir müddət əvvəl tapılan qalıqlar Göylər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Şamaxı İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Baba Mikayılov 1992-ci ilin yanvarında Şuşa rayonun Daşaltı kənində döyüşlərdə itkin düşüb. Onun qalıqları Daşaltı kəndi ərazisində kütləvi məzarlıqda aşkar edilib.

Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. İndiyədək onlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU
50 yaşınadək olan bu şəxslər... -MN məlumat yaydı
Həlak olan hərbi qulluqçunun FOTOSU

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb