Qaynar xətt:

(+99450) 247 90 86

İranda partlayış olub:yaralılar var

SON DƏQİQƏ

285

22.08.2023, 17:56

İranın paytaxtı Tehranda təbii qazın partlaması nəticəsində baş verən yanğında 4 nəfər xəsarət alıb.

Oxu24.com xəbər verir  ki,İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, hadisə ilə bağlı Tehran yanğınsöndürmə briqadasının sözçüsü Cəlal Mələki məlumat verib.

Meleki, "Tehranın cənub-qərbindəki Yaft Abad rayonunda 2 mərtəbəli evdə təbii qazın partlaması nəticəsində 4 nəfər yaralanıb.",- deyə  qeyd  edilir.

Yanğına xilasetmə qruplarının müdaxilə etdiyini ifadə edən Meleki, partlayışın ətrafdakı evlərə də ziyan vurduğunu qeyd etdi.

İranda son günlər təbii qaz və balon partlayışlarında artım müşahidə olunur.

Sözügedən partlayışların evlərdəki soba və istilik sistemlərinin standartlara uyğun hazırlanmaması səbəbindən baş verdiyi qiymətləndirilir.

 

Müəllif: Nigar