Ukraynanın müdafiə naziri Oleksii Reznikov bəyan edib ki, ilk F-16 təyyarəsi ən tez 6-7 ay ərzində Ukraynaya təhvil verilə bilər.
Oxu24.com xəbər verir ki,Jurnalistlərə açıqlama verən Reznikov Ukraynaya F-16 təyyarələrinin tədarükü məsələsini dəyərləndirib.
F-16 təyyarələrinin texniki xidmət göstərə, təmir edə və döyüş vəzifələrini yerinə yetirə bilməsi üçün infrastruktur hazırlığının görülməsi lazım olduğunu bildirən Reznikov, pilotlarla yanaşı mühəndis-texniki işçilərin də yetişdirilməsinin vacibliyini, bunun ciddi və əhatəli bir iş olduğunu bildirib.
Reznikov, Ukrayna səmasında ilk F-16-ların uçması üçün təlim və işlərin davam etdiyini, ilk F-16-ların minimum 6-7 ay sonra təhvil verilməsinin gözlənildiyini bildirib.
Bundan əlavə, Reznikov ukraynalı pilotların 6 aya hazır ola biləcəyini vurğulayıb.
Hollandiya Ukraynaya 42, Danimarka isə 19 F-16 tədarük edəcəyini açıqlayıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR