Türkiyə Aleksandrupoli və Rodop şəhərlərində davam edən yanğınlarla mübarizə üçün Yunanıstana yardım təklifi edib.
Oxu24.com xəbər verir ki,Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Aleksandrupoli və Rodop şəhərlərində davam edən yanğınlarla mübarizə üçün Yunanıstana 2 təyyarə, 2 helikopter və 60 nəfərlik yerüstü yardım qrupunun göndərilməsi təklifi edilib.
Təklif dünən Yunanıstan hakimiyyətinə təqdim edilib.
Avqustun 19-da Aleksandrupolidə baş verən yanğın bölgədə təsirli olan güclü külək səbəbindən nəzarət altına alına bilməyib.
Gümülcine və kəndlərinin yerləşdiyi Qərbi Trakiyanın Rodop vilayətində dünən türklərin çoxluq təşkil etdiyi kəndləri təsir edən yanğın bu gün dağlıq əraziyə doğru dönüb.
Müəllif: Afət
Oxu24.com
ŞƏRHLƏR