Oxu24.com xəbər verir ki,Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X-dəki (keçmiş Twitter) səhifəsində bildirib ki, Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro ayrıldığını elan edib və Kiyevin Aİ-yə daxil olması yolunu müzakirə edir.
Von der Leyen Ukrayna dövlətinin bərpası, təmiri və gücləndirilməsi məsələsində də Ukraynaya dəstəyini ifadə edib.
O, Ukraynaya əlavə 1,5 milyard avro ayrıldığını açıqlayıb, həmçinin gələcəkdə maliyyə yardımını davam etdirmək niyyətində olduğunu vurğulayıb.
Avropa Komissiyasının rəhbəri həmçinin bildirib ki, Avropa İttifaqı Ukraynanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması və iqtisadi yardımların göstərilməsi sahəsində Ukrayna ilə əməkdaşlığı davam etdirəcək.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR