Qaynar xətt:

(+99450) 247 90 86

Əlcəzair Fransanın üzünə səmanı bağladı

DÜNYA

171

22.08.2023, 16:26

Əlcəzair Fransanın Nigerdəki hərbi əməliyyat üçün öz hava məkanını təmin etmək istəyini rədd edib.

 

Oxu24.com xəbər verir  ki,bu barədə Əlcəzairin dövlət radiosu məlumat yayıb.

 

Əlcəzairin hər zaman güc tətbiqinə qarşı olduğu, Nigerdəki hərbi çevrilişlə bağlı mövqeyinin aydın və birmənalı olduğu vurğulanır. Əlcəzairin imtinası ilə üzləşən Paris eyni tələbi Mərakeşə ünvanlayıb.

 

İddialara görə, Mərakeş səlahiyyətliləri Nigerə hərbi müdaxilə üçün Fransanın döyüş təyyarələrinə hava məkanını açmağa qərar veriblər.

 

Bundan əvvəl Əlcəzair Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerə mümkün hərbi müdaxiləsinə etiraz edib.

 

Müəllif: Miri Məcidli