Qaynar xətt:

(+99450) 247 90 86

“Abituriyent” jurnalının məsul katibi vəfat etdi

CƏMİYYƏT

224

22.08.2023, 11:27

Tanınmış alim, pedaqoq Hikmət Kazımov 72 yaşında vəfat edib.

OXU24.COM  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Hikmət Kazımov dünən vəfat edib.

Qeyd edək ki, Hikmət Hüseyn oğlu Kazımov uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Onun "Abituriyent" jurnalının məsul katibi kimi fəaliyyəti də uğurlu olub və jurnalın elmi-metodiki cəhətdən hazırlanmasına özünəməxsus müsbət töhfələr verib.