Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94155
az

Vətən müharibəsi iştirakçısı rəhbər vəzifəyə təyin olundu - FOTO

10:1722 Avqust, 2023
159
CƏMİYYƏT
  • A

Göygöl Mənzil Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifəsinə təyinat olub.

OXU24.COM  "Report"a istinadən xəbər verir ki, bununla bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev müvafiq sənəd imzalayıb.

Sənədə əsasən, həmin vəzifəyə Vətən müharibəsi iştirakçısı Rəhimov Pərvin Arif oğlu təyin edilib.

O, iyul ayından etibarən sözügedən qurumda Abonent şöbəsinin qrup rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, P.Rəhimov 1992-ci ildə Göygöl rayonunda anadan olub. O, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz ölkələri üzrə Regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə təhsil alıb.

2014-2015-ci illərdə həqiqi hərbi xidmət keçib.

2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində Xüsusi təyinatlı Qüvvələrin tərkibində iştirak edib.

O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Cəsur Döyüşçü", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Eləcə də "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi