Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94142
az

Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidir

19:4921 Avqust, 2023
126
  • A

Oxu24.com xəbər  verir  ki, ABŞ vətəndaşlarını təcili Belarusu tərk etməyə çağırıb.

Litvanın Belarusla bəzi sərhəd-keçid məntəqələrini bağladığını qeyd edən ABŞ-ın Minskdəki səfirliyi, “Polşa, Litva və Latviya hökumətləri Belarusla daha çox sərhəd-keçid məntəqələrinin bağlanmasının mümkün olduğunu bildirdilər. Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”,-deyə rəsmi  bəyanata qeyd edilir.


ABŞ-ın Minskdəki səfirliyindən verilən yazılı açıqlamada Litvanın Belarusla bəzi sərhəd qapılarını bağlamağa qərar verdiyi xatırladılıb.

 

Bəyanatda həmçinin ABŞ vətəndaşlarına Belarusa səfər etməmələri ilə bağlı xəbərdarlıq edilib və ABŞ-ın Minskdəki səfirliyinin ölkədəki ABŞ vətəndaşlarına göstərə biləcəyi yardımın məhdud olduğuna diqqət çəkilib.

 

Bəyanatda ABŞ vətəndaşlarına Rusiya və Ukraynaya səfər etməmək barədə xəbərdarlıq da yer alıb.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Rusiya və İrana qarşı sanksiyalardan narahatdır
Rusların intensiv hücumları boşa çıxdı: Ukrayna ordusu 62 hücumu dəf etdi
İstanbuldan Dəməşqə 12 ildən sonra ilk uçuş