Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94141
az

Birləşmiş Ərəb Əmirlikləri aktiv şəkildə rus maliyyəçiləri cəlb edir

19:4621 Avqust, 2023
168
DÜNYA
  • A

Mövcud geosiyasi vəziyyət fonunda Birləşmiş Ərəb Əmirlikləri rus bankirlərini yerli maliyyə institutlarında işləmək üçün fəal şəkildə cəlb edir.

Emirates NBD və First Abu Dhabi Bank kimi ölkənin ən böyük bankları varlı ruslara xidmət göstərmək üçün xüsusi bölmələr yaradır.

Oxu24.com xəbər verir  ki,bu barədə WSJ məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, əmirliklər mövcud geosiyasi vəziyyətdən və iqtisadi konyukturadan qəsdən istifadə edərək, Rusiyanın maliyyə sektorundan yüksək ixtisaslı mütəxəssisləri fəal şəkildə özlərinə cəlb edirlər.

BƏƏ faktiki olaraq Rusiya biznesi ilə əməkdaşlığa hazır olduğunu açıq şəkildə bəyan edən azsaylı dövlətlərdən birinə çevrilib. Əmirliklər Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarına qoşulmadı və bu, rusiyalı maliyyəçilərin və investorların axını üçün münbit zəmin yaratdı.

Analitiklərin proqnozlarına görə, yaxın gələcəkdə BƏƏ-nin bank sektorunda çalışan rusiyalıların sayı xeyli artacaq. Beləliklə, əmirliklər Rusiyadan gələn kadrlar və kapital hesabına öz maliyyə sektorunu daha da gücləndirə biləcəklər.

Avqustun əvvəlində “The New York Times” ABŞ-ın BƏƏ-nin Amerika maraqlarına məhəl qoymamasından şübhələnməyə başladığını yazmışdı.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Rumıniyada müxalifətin mitinqi keçirilir
Çexiyada restoranda partlayış nəticəsində 6 nəfər ölüb

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb