Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94138
az

ABŞ-da anormal istilər soya məhsulunu itirmək təhlükəsi yaradır

19:3421 Avqust, 2023
163
  • A

Çikaqo əmtəə birjasında soya qiymətləri iyulun 28-dən bəri ən yüksək səviyyəyə qalxıb.

 

Oxu24.com xəbər  verir  ki,Ticarət məlumatlarına görə, soyanın qiyməti 2%-dən çox artaraq 1 buşel üçün 13,82 dollara çatıb.

Bunu Çikaqo Ticarət Birjasında (CME) ticarət məlumatları sübut edir.

Qiymətlərin qalxması bu həftə ABŞ-da əsas soya istehsalçısı ştatlarını bürümüş anormal istilərlə əlaqədardır.

Bloomberg xəbər verir ki, ölkədə soya məhsulunun əhəmiyyətli hissəsinin yetişdirildiyi Ayova, İllinoys və Nebraska ştatlarında təhlükəli yüksək temperatur xəbərdarlığı edilib.

Yaxın günlərdə həm gündəlik, həm də aylıq temperatur rekordlarının qırılacağı gözlənilir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə isti dalğası hazırda yetişmənin mühüm mərhələsində olan soya paxlasının məhsuluna mənfi təsir göstərə bilər.

Yaxın günlərdə analitiklər və fermerlər illik tarla turunun bir hissəsi olaraq məhsul məhsuldarlığını və isti dalğalarından yarana biləcək zərərləri qiymətləndirəcəklər. Nəşr yekunlaşdırıb ki, soya və digər ABŞ məhsullarının qiymətlərinin gələcək dinamikası bundan asılı olacaq.

Avqustun əvvəlində taxıl müqaviləsinin dayandırılması fonunda buğda fyuçersləri düşməyə başladı.

Bundan əvvəl buğdanın birja qiymətləri 17 ay ərzində minimuma - buşel üçün 7,1 dollara düşüb.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsveç Rusiyaya görə Olimpiadaları boykot etməsi ilə bağlı suala cavab verdi
Avropa qazın maksimal qiymətinə qoyulan məhdudiyyətləri aradan qaldırır
Kenquru kişini xəstəxanalıq etdi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi