İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbəri Luis Rubiales millinin 2023-cü il qadınlararası dünya çempionatındakı qələbəsini qeyd edərkən etdiyi davranışa görə rəsmən üzr istəyib.
Oxu24.com xəbər verir ki,“Əlbəttə, səhv etdim, bu, tamamilə kortəbii şəkildə baş verdi. Fakt budur ki, peşmanam. Bütün bunlar mənimlə futbolçu arasında baş verənlərdir. İkimiz arasında əla münasibət var, eyni şey başqalarına da aiddir,-deyə o bildirib.
Avqustun 20-də Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatının finalında İspaniya yığması İngiltərəyə qalib gəlib (1:0). İspaniyalı futbolçular tarixdə ilk dəfə olaraq turnirin qalibi olublar.
Mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən Rubiales futbolçu Cennifer Hermosonu qucaqlayıb və dodaqlarından öpüb. Bir çox jurnalist və fanat Rubialesi tənqid edərək, onun davranışını hədsiz adlandırıb.
İspaniyanın mədəniyyət və idman naziri Mikel İceta ondan üzr istəməsini tələb edib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR