Oxu24.com Aamaj News agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
Partlayış şəhərin mərkəzində baş verib. Cihaz avtomobilə yerləşdirilib. Mümkün qurbanlar barədə hələlik məlumat yoxdur.
Əl-Ərəbiyyə telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, bundan əvvəl bir sıra ərəb və Qərb ölkələrinin səlahiyyətliləri Kabildəki səfirliklərini bağlamaq qərarına gəliblər.
Onların fikrincə, bu qərara səbəb “təhlükəsizlik sahəsində təhdidlər” olub.
Əl-Ərəbiyyə mənbələri hansı dövlətlərin Əfqanıstanın paytaxtında diplomatik nümayəndəliklərinin işini dayandırmaq qərarına gəldiyini açıqlamayıb.
Bundan əvvəl Əfqanıstanın “Hasht e Subh” qəzeti mənbəyə istinadən Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşlarının Əfqanıstanı tərk edərək krallığa qayıtdığını yazıb.
BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Markus Potzel bildirib ki, Qərbin respublikada, o cümlədən terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə maraqları var.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR