Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9411
az

Rusiyaya pomidor aparıb satmaq istəyənlərə şad xəbər

14:3429 Yanvar, 2019
742
CƏMİYYƏT
  • A
 
"Azərbaycan Rusiyaya pomidor ixracı ilə bağlı  bütün məsələlər öz həllini tapıb”.

Oxu24.com-un  məlumata görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev proqramın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

Nazir bildirib ki, bu məsələ hökümətlərarası komissiyanın iclasında da müzakirə edilib: "Əvvəl bu sahədə problem var idisə, biz sahibkarların bu istiqamətdə yaranan çətinliklərini nəzərə alaraq iki ölkə arasındakı sözügedən məsələni həll etdik”.

 "Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 24,2 mlrd. manat investisiya qoyuluşu həyata keçirilib.

Onun sözlərinə görə, ölkədə sahibkarlığın dəstəklənməsi, startap, mikro və kiçik sahibkarlığın inkişafı üçün xeyli işlər görülüb, kənd təsərrüfatı məhsulları istehsalçıları vergidən azad olunub. Tez xarab olan aqrar məhsulların daha tez ixrac edilməsi üçün "Yaşıl dəhliz” mexanizmi həyata keçirilib.

Nazir onu da bildirib ki, bu illər ərzində Azərbaycandan 24 ölkəyə ixrac missiyası təşkil edilib. Bu missiyalar çərçivəsində 104,2 mln. manatlıq məhsul ixrac edilib. İş adamlarına 332 investisiya təşviqi sənədi verilib. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva: "Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun"
Bu gün Azərbaycanda Zəfər Günüdür
Bayram günlərində hava necə olacaq? -PROQNOZ

Yumurtanı belə yeməyin: Faydadan çox zərər verir

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Rus ordusuna qarşı vuruşan erməni görün harada ələ keçirildi (VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Kartof qabığı görün nəyə dərman imiş — Dəmləyib için!
Göyçayda 3 otaqlı ev yanıb