Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94105
az

Qəzada ölən Ruslanın ailəsi şikayətçidir? - “Nikosayağı”nın dostundan AÇIQLAMA

10:1421 Avqust, 2023
125
CƏMİYYƏT
  • A

"Ruslanın ailəsi Nicatdan şikayətçi deyil".

OXU24.COM  yazır ki, bu sözləri Oxu.az-a açıqlamasında bloqer Nicat Şakirlinin yaxın dostu bloqer Ramal İsayev deyib. 

Onun sözlərinə görə, Nicat Ruslanın ölümünü öyrəndiyi zaman anlıq şok yaşayıb:

"Nicat Ruslanın öldüyünü iki gün öncə bildi. Mən Bakıya dünən gəlmişəm, Ruslanın yas mərasimində idim. Bütün Gəncə üzgündür. Hamı onun xeyirxah əməllərindən danışır. Ruslan ancaq kasıbların dostu olub. Nicat Ruslanın ölümünə görə, özünü bağışlaya bilmir.

Ruslan da həmin gün maşınla olub. Maşını restoranların birinin qarşısında saxlayıb. Nicatın maşını ilə gediblər. Nicat deyir ki, "bəlkə onun avtomobili ilə getsəydik belə olmazdı".

R.İsayev Nicatın son vəziyyətindən danışıb:

"Nicat hələ də reanimasiyadadır. Onu qoluna görə, palataya keçirmirlər. Nicat psixoloji sarsıntı yaşayır. O gün qardaşına deyir ki, "Nihat bax, qolum yoxdur". Nə dostunun ölümünü, nə də qolunu itirməsini qəbullana bilmir".

Bloqer Nicat Şakirlinin yaxın dostu son paylaşılan videodan da söz açıb:

"Sosial şəbəkələrdə yayılan görüntülər Nicatın əvvəl çəkdiyi görüntülərdir. O bir dəfə atdan yıxılıb, çiyni sınmışdı, mil qoyulmuşdu. Həmin vaxt video çəkib demişdi ki, "mən yaxşıyam uşaqlar, narahat olmayın". Həmin videonu yeni zənn edənlər oldu. Lakin bu, köhnədir". 

"Ruslan və Nicatın ailəsi arasında gərginlik yaşanmayıb. Ruslanın ailəsi çox hörmətli ailədir. Dəfn olunan gün Nicatın ailəsi, qardaşı və qohumları orada idilər. Ruslanın ailəsi yasa gələn insanlara qarşı hörmətsizlik etməz. Ailələr arasında dava düşməyib. Mən Nicatın dostuyam. Nicatın dostu kimi yasa getdim. Ağır münasibət görmədim. Onlar da bilirlər ki, bu hadisə qəsdən olmayıb. Ümid edək ki, Nicata cəza düşməyəcək, azyaşlı övladı var. Ruslanın ailəsi də şikayətçi deyil. Bundan əminəm", - deyə R.İsayev qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur
Şaftalı bu xəstəliyi olanlara faydalıdır

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO