Kanadanın Britaniya Kolumbiyası əyalətində yanğınlar davam etdiyi üçün 36 min insanın təxliyəsi üçün həyəcan siqnalı verilib.
Oxu24.com xəbər verir ki,Kanadanın Britaniya Kolumbiyası əyalətində davam edən meşə yanğınlarını nəzarət altına almaq mümkün deyil.
Yanğınların yayıldığı West Kelowna şəhərində təxliyələrin başladığını bildirən Fövqəladə Hallar Naziri Bowinn Maise, "Vəziyyət son dərəcə dinamikdir və rəqəmlər daim dəyişir",- deyə məlumatda qeyd edilir.
Kamloops yanğınsöndürmə briqadasının yanğınsöndürmə idarəsinin rəis müavini Jerrad Schroeder havanın hələ də kritik dərəcədə quru olduğunu bildirib.
Kanadada dünən Britaniya Kolumbiyası əyalətində meşə yanğınlarının sürətlə yayılması səbəbindən fövqəladə vəziyyət elan edilib.
Digər tərəfdən, ölkədə meşə yanğınları ilə mübarizənin davam etdiyi başqa bir bölgə olan Şimal-Qərb Bölgəsində, alovların yaxınlaşdığı paytaxt Yellounayfın yüzdə 95-i boşaldılıb, qalanlarının isə ən qısa müddətdə şəhəri tərk etməsi tələb edilib.
Ölkə daxilində 14 milyon hektar ərazi kül oldu
Kanada Qurumlararası Meşə Yanğınları Mərkəzinin (CIFFC) məlumatına görə, ölkə üzrə 1045 məntəqədə alovla mübarizə davam edir. Yanğınların 660-ı nəzarətdən çıxsa da, 229-u nəzarət altına alınıb. Ən aktiv yanğınlar Britaniya Kolumbiyasında 383 yanğın, Şimal-Qərb Ərazilərində 236 və Yukonda 142 yanğınla davam edir.
Bu il ölkədə 5798 meşə yanğını baş verdiyi halda, 14 milyon hektar ərazi kül olub.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR