ABŞ-ın Yəməndəki xüsusi nümayəndəsi Tim Lenderkinq bəyan edib ki, 8 ildir Qırmızı dənizdə lövbər saxlayan və avqustun 11-də təxliyə edilən “Safer” tankerinin çıxarılması üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) 22 milyon dollara ehtiyacı var.
Oxu24.com xəbər verir ki,ABŞ Dövlət Departamentinin Media Kommunikasiyaları Ofisinin sosial media hesabından edilən yazılı açıqlamaya görə, Lenderkinq sözügedən tankerin təxliyyə prosesinə nəzarət edən BMT-nin Yəmən üzrə humanitar yardım koordinatoru David Gresley-i təbrik edib.
Tankerlə bağlı əməliyyatların hələ tamamlanmadığını qeyd edən Lenderkinq, "Safer-i çıxarmaq və yerinə yeni tanker lövbər salmaq üçün BMT-nin təcili olaraq 22 milyon dollara ehtiyacı var",- deyə qeyd edib.
Daha təhlükəsiz neft tankeri
Yəmənin Hudeydə şəhəri sahillərində 2015-ci ildən bəri baxımsız vəziyyətdə lövbər salan Yəmən hökumətinə bağlı şirkətə məxsus “Safer” tankerində 1 milyon bareldən çox neftin sızması riski var idi.
BMT-nin Yəmən üzrə humanitar yardım koordinatoru Gressly, keçən il tanker üçün "saatlı bomba" ilə bağlı xəbərdarlıq edərək, tankerdəki mümkün sızmaların aradan qaldırılmasının 20 milyard dollara başa gələcəyini bildirib.
Uzun müddətdir işləyən və tankerin boşaldılması üçün vəsait toplayan BMT, mart ayında toplanan ianələr sayəsində neftin Saferdə boşaldılması üçün böyük bir xam neft gəmisinin alınmasına dair razılaşma əldə edildiyini açıqlamışdı. .
Sözügedən gəmi iyulun 16-da Yəmənin qərbindəki Hudeydə limanına çatıb.
Ekoloji fəlakətə səbəb olacağı xəbərdarlığı edilən tankerdəki 1 milyon bareldən çox neftin təxliyyəsi iyulun 25-də başlayıb və avqustun 11-də tamamlanıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR