Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9405
az

Sahil Babayev pensiyalardan danışdı — Ciddi artım olacaq

12:0829 Yanvar, 2019
727
SİYASƏT
  • A

 "Bu günə qədər 1300 nəfərin pensiya təyinatı tam elektronlaşdırılıb. Cari il iyul ayının 1-dək kişilər üçün pensiya yaşı 64, xanımlar üçün 61-dir. Pensiya yaşı tamam olan kimi vətəndaşa elektron məlumat göndərilir və nə qədər pensiya alacağı barədə məlumat verilir. Burada vətəndaşın müraciətinə ehtiyac qalmır. Qarşıdakı dövrdə sayın artacağını gözləyirik. Bu il pensiya yaşına çatan insanların 70 faizi məhz bu şəkildə pensiya alacaq".

Oxu24.com  xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, pensiyaların indeksasiyası ilə bağlı bəzi şəxslər mətbuatda düzgün informasiya vermədilər:

"İndeksasiya orta aylıq əmək haqqının artımına uyğuna aparılır, inflyasiyaya uyğun aparılmır. Bizim ehtimalımız 5,7 faizdir. Dövlət Statistika Komitəsinin məlumatını gözləyirik. Bundan sonra müvafiq təklif hazırlayarıq. Fevral ayında vətəndaşlar həm yanvar, həm də fevral ayının artımını alacaqlar",
S,Babayevin sözlərinə görə, pensiya sistemində sosial ədalət prinsipinin gücləndirilməsinə dair araşdırmalar davam edir: "Təkliflər hazırlanır. Bunların sırasında minumum pensiyanın ehtiyac meyarına qədər qaldırılması məsələsi var. 100 minə yaxın vətəndaşın pensiyasında ciddi artım baş verəcək. Ölkə üzrə orta pensiyanın həcminin orta aylıq əmək haqqının 60-70-80 faizə yaxınlaşdırılmasına dair uzunmüddətli proqramlar hazırlanır". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı