Rusiyada 8 yaşlı qızın meyiti Sankt-Peterburqda hündürmərtəbəli binanın pəncərələrinin altından keçənlər tərəfindən tapılıb.
Oxu24.com xəbər verir ki,bu barədə 78.ru saytı məlumat yayıb.
Məktəbli qızın Memar Belov küçəsindəki evlərdən birinin 20-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxıldığı ehtimal edilir.
Məlum olub ki, valideynlər iki bacını mətbəxdə yatızdırıblar. Təxminən saat 00:30 radələrində otağın qapısının çırpıldığını eşitdilər. Bundan sonra mətbəxə girəndə açıq qapı görüblər.
Hazırda polis baş verənləri araşdırır. Hadisənin təfərrüatları araşdırılır.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR