Cinayət Axtarış İdarəsi və İstintaq Komitəsinin əməkdaşları Rusiyanın Yekaterinburq şəhərində Qabondan olan UrFU aspirantını bıçaqlayaraq öldürən qatili saxlayıblar.
Oxu24.com xəbər verir ki,bu barədə mənbəyə istinadən KP-Yekaterinburq məlumat yayıb.
Bundan əvvəl bildirilmişdi ki, avqustun 18-nə keçən gecə Qabondan Rusiyaya gələn UrFU-nun 32 yaşlı aspirantı Yekaterinburqda bıçaqlanaraq öldürülüb.
Məlum olub ki, mərhum Malışev küçəsində yerləşən fastfud restoranında bir qızın yanında oturaraq onunla spirtli içki qəbul edib. Sonra afrikalı ilə münaqişə yaşanıb və bu zaman o bıçaqlanıb. Tələbə aldığı yaradan dünyasını dəyişib.
“Cinayət dava zamanı törədilib”, – nəşrin mənbəsi bildirib.
Sonradan mərhumun adı məlum oldu - Fransua Ndjelassili. UrFU-da aspirant elmi işlə məşğul olub və universitetin futbol komandasında çıxış edib.
Faktla bağlı adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Cinayətkarı 15 ilə qədər həbs gözləyir.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR