Şimali Koreya Amerikanın kəşfiyyat təyyarəsinə cavab olaraq döyüş təyyarələrini havaya buraxıb.
Oxu24.com xəbər verir ki,Bu barədə “Reuters” Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Şimali Koreya hərbçiləri ABŞ-ın kəşfiyyat təyyarəsinin onların şərq sahillərindəki iqtisadi zonasına daxil olduqdan sonra təyyarələri havaya qaldırıblar.
Koreya Xalq Ordusu Baş Qərargahının adının açıqlanmasını istəməyən nümayəndəsinin sözlərinə görə, avqustun 17-də cümə axşamı “təhlükəli hərbi təxribat” baş verib və hazırda Pxenyan “gələcək oxşar hadisələrə cavab tədbirləri nəzərdən keçirir”.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR