Yaponiyanın aparıcı qəzeti Türk İHA və SİHA-lar üçün “Asimetrik müharibənin ən yaxşıları” ifadəsini işlədib və onların təsirli çıxışlarını yüksək qiymətləndirib.
Oxu24.com xəbər verir ki,sahədə hava üstünlüyünü və əməliyyat qabiliyyətini sübut edən Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatları dünya gündəmindədir.
Bir çox ölkəyə ixrac edilən Türkiyənin İHA və SİHA-ları bu dəfə Yaponiya mətbuatında təriflənib.
Ölkənin aparıcı qəzetlərindən olan Nikkei Türkdə İHA və SİHA-ları təhlil edən xəbər məqaləsi hazırlanıb.
“Baykar qlobal təsirini genişləndirməyi hədəfləyir”
Xəbər “Türkiyə pilotsuz təyyarə istehsalçısı “Baykar” qlobal təsirini genişləndirməyi hədəfləyir” başlığı ilə dərc edilib.
Hesabatda, "İnsansız hava vasitələrinin asimmetrik müharibədə dəyərli olduğu sübuta yetirilib" qeyd edilib.
İxrac rəqəmlərinə də işarə edilən yazıda Baykarın 2018-ci ildən bəri ən azı 30 ölkə ilə pilotsuz uçuş aparatları üçün müqavilə imzaladığı və şirkətin keçən il 1 milyard dollardan çox ixrac gəliri əldə etdiyi qeyd edilib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR