Britaniyalı muzdlu Daniel Burk Ukraynada itkin düşüb.
Oxu24.com xəbər verir ki,“Daily Telegraph” qəzetinin yazdığına görə, o, bir həftədir ki, əlaqə saxlamayıb.
Nəşrin məlumatına görə, Mançesterdən olan 36 yaşlı şəxs 2022-ci ildə Ukraynaya gəlib və hətta özünün Dark Angels bölməsini yaradıb.
Lakin bir müddət sonra o, Ukrayna Silahlı Qüvvələrinin sıralarında döyüşləri dayandırıb və yaralı əsgərləri təxliyə etməyə başlayıb.
Burke-nin dostlarından biri jurnalistlərə bildirib ki, onun bütün əşyaları son bir neçə aydır yaşadığı Zaporojyedəki mənzildə qalıb.
"Buna əsaslanaraq, düşünürük ki, o, bəlkə də cəbhə xəttində yox, Zaporojyenin özündə yoxa çıxıb",- deyə britaniyalıların dostu bildirib.
Böyük Britaniyada Burke Paraşüt Alayında xidmət edib, Əfqanıstan və Suriyadakı döyüşlərdə iştirak edib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR