Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94005
az

Daxili İşlər Nazirliyi Rusiyada İnterpolun səlahiyyətlərini məhdudlaşdırıb

17:5718 Avqust, 2023
129
DÜNYA
  • A

Rusiya Daxili İşlər Nazirliyi İnterpolun ölkə  ərazisində səlahiyyətlərini məhdudlaşdırıb.

 

Oxu24.com xəbər verir  ki,müvafiq sərəncam hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

 

Sənədə əsasən, İnterpol artıq Rusiya Federasiyasında əməliyyat-axtarış fəaliyyəti həyata keçirə bilməz.

Qadağaya əsasən, telefonların dinlənməsi, poçta nəzarət, eləcə də müşahidə, binaların yoxlanılması daxildir.

Bundan sonra təşkilata yalnız sorğular keçirməyə və Rusiya hüquq-mühafizə orqanlarından məlumat tələb etməyə, həmçinin onu maraqlandıran vətəndaşları müəyyən etməyə icazə verilir.


İnterpol 195 dövlətin daxil olduğu ən böyük beynəlxalq polis təşkilatıdır.

Rusiya İnterpola 1990-cı ildə qoşulub. 1996-cı ildən Daxili İşlər Nazirliyinin strukturunda İnterpol xətti ilə beynəlxalq polis əməkdaşlığı ilə məşğul olan İnterpolun Milli Mərkəzi Bürosu fəaliyyət göstərir.


Xatırladaq ki, 2022-ci ildə Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri İnterpolu Rusiyanın təşkilat sisteminə çıxışını məhdudlaşdırmağa çağırmışdı. Onun sözlərinə görə, müraciətə ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadan olan həmkarları da qoşulub. Rusiyanı İnterpoldan necə çıxaracaqlarını başa düşmədilər, lakin yenə də Moskvaya sorğu göndərmə sxemini dəyişdilər.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdə 4 partlayış baş verdi: 80 min nəfər təxliyə olunur -VİDEO
Türkiyəli məşhur yazıçı vəfat etdi
5 milyon dollarlıq ev yanıb kül oldu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu