İki gün əvvəl Salyanda öldürülən qadın elə həmin gün, hadisədən bir neçə saat əvvəl başına gələnlərlə bağlı video çəkibmiş.
OXU24.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, 25 yaşlı Günel Quliyeva (qətli ilə bağlı rəsmi məlumatlarda nikah soyadı İbrahimova-red) görüntülərdə ərinin onu mütəmadi olaraq döydüyünü, ailə vəziyyətinin dözülməz olduğunu deyir.
Mərhumun sözlərinə görə, o, baş verənlərə görə sirkə turşusu içərək intihara cəhd edib. Bundan sonra hüquq-mühafizə orqanlarında araşdırma başlayıb. Müraciətdən aydın olur ki, Güneli intihara cəhd etdiyinə görə ifadə verməyə dəvət ediblər. Qadının iddiasına əsasən, həmin gün əri və qayınanası onu təhdid edib, övladını əlindən alacaqlarını deyiblər.
Videomüraciət qeydə alınan gün Günel bıçaqla qətlə yetirilib, hadisə ilə əlaqədar əri Qaraş İbrahimov şübhəli şəxs qismində salxanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əldə etdiyimiz məlumata görə, Günel Quliyevanın ölümündən 10 gün əvvəl az miqdarda sirkə turşusu içməsi ilə bağlı həkim rəyi də var.
Hazırda cinayət işi üzrə ibtidai istintaq gedir. Qanunauyğun olaraq istintaqın sonunda işin mahiyyəti ilə bağlı rəsmi məlumat veriləcək.
Oxu24.com
ŞƏRHLƏR