Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93979
az

Fransa bu 3 milyon yardımla etiraf etdi - "Qarabağda ən böyük pozucu bizik"...

21:5917 Avqust, 2023
172
DÜNYA
  • A

Məlumata görə, Fransa yenidən Azərbaycanı Laçın dəhlizi vasitəsilə sərbəst hərəkəti bərpa etməyə çağırıb. Habelə Qarabağdakı erməni əhaliyə humanitar dəstək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) əlavə 3 milyon avro ianə edəcəyini də bildirib.

Fransanın bu vəsaiti ayırması bir daha göstərir ki, bu ölkə bölgədə pozucu rol oynayır. Danılmaz faktdır ki, bu gün Qarabağ haqqında saxta genosid oyunlarının təbliğ olunmasında Fransanın rolu əsasdır. Ekspertlər hesab edir ki, Qarabağdakı gərginlikdə Fransanın xüsusi rolu var. Bu ölkə bilərəkdən Ermənistana yardım edir. Halbuki, Azərbaycan tərəfi Qarabağdakı ermənilərə hər cür köməklik göstərməyə hazır olduğunu dəfələrlə bəyan edib. Fransa məlum yardımı etməklə böıgədəki sülhü pozur.

“Ermənistanın son zamanlar Azərbaycan əleyhinə apardığı beynəlxalq kampaniyalar sübut edir ki, bu işin arxasında əsas Fransa dayanır”
Mövzu ilə bağlı “Bakı-Xəbər”ə şərh verən iyasi şərhçi Tural İsmayılov qeyd etdi ki, bölgədə sülh prosesinin sabotaj edilməsində Fransanın rolu danılmazdır: “Azərbaycan və Ermənistan arasında dayanıqlı və stabil əlaqələrin davam etməməyinin ən böyük günahkarı elə Fransadır. Danılmaz faktdır ki, Fransa sistematik şəkildə Ermənistanı sülh əleyhinə qızışdırır. Çünki Fransa Azərbaycanla Ermənistan arasında imzalana biləcək sülh müqaviləsilə Ermənistandan Azərbaycan və Türkiyə əleyhinə istifadə etmək meyarlarının tükənəcəyini düşünür. Nəticədə iki ölkə arasındakı konfliktlər daha da dərinləşir".

Siyasi şərhçi onu da əlavə etdi ki, Fransa bir çox ölkələr kimi bu mövzuda da özünü tərəf və maraqlı qisim şəklində nümayiş etdirir: "Hesab edirəm ki, Ermənistanın son zamanlar Azərbaycan əleyhinə apardığı beynəlxalq kompaniyalar sübut edir ki, bu işin arxasında əsas Fransa dayanır. Fransa əslində Ermənistan vasitəsilə Azərbaycana qarşı müharibəyə başlayıb".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tanınmış hərbi jurnalist Kurskda öldürüldü
İsrailə cavab verməkdən başqa yol yoxdur - İran XİN
Yunanıstanda zəlzələ oldu

Dünyanın ən sürətli qatarı: Sürət 1000 km/saat

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Bir gündə 45 nəfər saxlanılıb - DİN