Rusiya Tu-95 bombardmançılarının döyüş gücünü bu il iki dəfə artıracaq.
Oxu24.com xəbər verir ki, bunu Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəis müavini Oleq Boçarov deyib.
"Bu il Tu-95 proqramı çərçivəsində Kuznetsov sayəsində strateji bombardmançı təyyarələrimizin döyüş qabiliyyəti iki dəfə artırılacaq", - o Samaradakı UEC-Kuznetsov müəssisəsinə səfəri zamanı deyib.
O əlavə edib ki, müəssisənin texniki və texnoloji təchizatı sayəsində dövlət müdafiə sifarişinin demək olar ki, bütün məsələsi təmin edilir.
Boçarov qeyd edib ki, yeni Tu-160M təyyarələrinin istehsalına da başlanılacaq. Onlar ikinci seriyanın NK-32 mühərrikləri ilə qurulacaq.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR