Türkiyə Ukrayna limanlarından gələn taxıl daşıyan gəmilərin Bosfor və Dardanel boğazlarından maneəsiz keçməsinə zəmanət verməyə hazırdır.
Oxu24.com xəbər verir ki,Bu barədə “Haber Global” telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Bildiyimizə görə, Ukraynadan bir dənə də olsun gəmi çıxmayıb. Amma lazım gəlsə, boğazlardan keçəcək”, - telekanal X sosial şəbəkəsindəki səhifəsində mənbəyə istinadən məlumat yayıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR