Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93905
az

İranın 269 şəhəri su böhranından əziyyət çəkir

20:2515 Avqust, 2023
138
DÜNYA
  • A

İranda 269 şəhərin su böhranı yaşadığı bildirilib və onlardan qənaətlə istifadə edilməsinə çağırış edilib.

Oxu24.com xəbər verir ki,İranın İşçi Xəbər Agentliyinin (ILNA) məlumatına görə, Su Sənayesi sözçüsü Haşim Əmini ölkənin su problemi və quraqlıqla mübarizə strategiyası ilə bağlı mətbuat konfransı keçirib.

İran rəsmisi ölkənin 269 şəhərində su böhranı olduğunu bəyan edərək, “Məşhədin suyunu təmin edən Dostluq bəndi ağır vəziyyətdədir, Təbrizdə Nəhənd bəndi quruyub”.,- bildirib.

Zencan və Tabas yeraltı sularının və Sistan-Bəlucistandakı gölməçələrin təhlükədə olduğunu bildirən Əmini ölkədəki bəndlərdəki suyun qənaətlə istifadə edilməsinin lazım olduğunu vurğulayıb.

İranın vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Əli Selaceke də ötən həftə quraqlıq səbəbindən suyun səviyyəsinin aşağı düşdüyü Urmiya gölünün vəziyyətinin yaxşı olmadığını və problemin beynəlxalq xarakter daşıdığını bildirib.

İranlı ekspertlərin fikrincə, ölkədə su böhranı “yaşayış sahəsinin kiçilməsini, iqtisadi, sosial və mədəni münaqişələri” özü ilə gətirir.

İrandakı quraqlıq və administrasiyanın su ehtiyatlarını idarə edə bilməməsi son illər ölkənin bəzi əyalətlərində etirazlara səbəb olub.

 

Müəllif: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
Rumıniyada müxalifətin mitinqi keçirilir

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb