NASA alimləri apardıqları ölçmələrdə 2023-cü ilin iyul ayının qeydlərin aparıldığı 1880-ci ildən bəri ən isti ay olduğunu təsdiqləyiblər. Son 5 ilin ən isti 5 iyulunun yaşandığı açıqlanıb.
“Ümumilikdə, 2023-cü ilin iyul ayı NASA-nın qeyd etdiyi bütün digər iyullardan 0,24 dərəcə, 1951-1980-ci illərin orta iyul ayından isə 1,18 dərəcə isti olub”.
Oxu24.com xəbər verir ki, NASA-nın bəyanatında deyilir.
Cənubi Amerika, Şimali Afrika, Şimali Amerika və Antarktika yarımadasının bəzi hissələrinin xüsusilə isti olduğunu bildirən NASA, bu bölgələrdə orta hesabla təxminən 4 dərəcə yüksək temperatur artımlarının olduğunu bildirib.
Temperaturda rekord qıran 2023-cü ilin iyul ayında xüsusilə son 40 ildə özünü büruzə verən uzunmüddətli insan səbəbli istiləşmə tendensiyası davam etdiyi ortaya çıxdı.
NASA-nın meteorologiya stansiyalarından əldə edilən səth hava istiliyi məlumatlarına görə, son 5 ildə 1880-ci ildən bəri ən isti 5 iyul ayının yaşandığı vurğulanıb.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR