Çexiya prezidenti Petr Pavelin mühafizəçisi həmkarlarının təzyiqinə görə intihar edib.
Oxu24.com xəbər verir ki,Bu barədə Çexiyanın “Prostor” radiostansiyası dövlət başçısının təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Faciə bazar günü, avqustun 13-də baş verib. Əvvəllər 36 yaşlı kişi mütəmadi olaraq həmkarlarının pis münasibətindən şikayətlənirdi.
Kişinin meyitini atası tapıb. O, hadisə barədə polisə və təhlükəsizlik xidmətinə məlumat verib. Hüquq-mühafizə orqanları işçilərin peşə fəaliyyəti ilə bağlı olmadığı halda şərh vermədiklərini əsas gətirərək hər hansı məlumat verməkdən imtina ediblər.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR