Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93862
az

F-16 Rusiyanın bütün aviasiyasını məhv edəcək

12:4915 Avqust, 2023
98
CƏMİYYƏT
  • A

Əgər Ukrayna bir neçə yüz F-16 qırıcısı və bir neçə yüz uzaq mənzilli ATACMS raketi alarsa, müharibə həftə ərzində başa çata bilər.

OXU24.COM  Axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
 

"F-16 fantastik şeydir. Bunlar uçan hava hücumundan müdafiə platformalarıdır. Bu təyyarələr Qara dəniz ərazisi üzərində görünəndə cənub limanlarına edilən bütün bu hücumlar dərhal dayandırılacaq. Bundan əlavə, bu, hücum silahıdır. F-16-lar eyni Engelsə (Rusiyanın Saratov vilayətindəki aviabazası) çata və Rusiyanın bütün strateji aviasiyasını məhv edə bilərlər", - politoloq bildirib.

Onun sözlərinə görə, müharibə Ukraynan bu silahları istifadə etmədən də başa çata bilər, əsas odur ki, bunlar ölkəyə verilsin:

"Mən əminliklə deyirəm ki, bu silahlardan istifadə olunmasa da müharibə bitəcək. Ruslar onun Ukrayna ərazisində olduğuna əmin olduqda, 24 iyun hadisələri (Priqojin qiyamı) ilə Rusiyanın hərbi-siyasi rəhbərliyində baş verən dağıdıcı proseslər məntiqi nəticəyə gətirib çıxaracaq. Bu raketlər və təyyarələr Ukrayna ərazisində və hava məkanında peyda olanda Kreml başa düşəcək ki, heç bir ümid yoxdur, Putin müqavimət göstərsə, sadəcə olaraq onu uzaqlaşdıracaqlar".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI
Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib
Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı