Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93850
az

Britaniya təyyarələri Şotlandiyanın şimalında uçan 2 Rusiya təyyarəsinə qarşı havaya qalxıb

22:4914 Avqust, 2023
131
DÜNYA
  • A

Britaniya Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus Eurofighter Typhoon döyüş təyyarələri Şotlandiyanın şimalında uçan iki "Tupolev Tu-142" tipli Rusiya dəniz patrul və bombardmançı təyyarəsinə cavab verib və onların keçidini izləyib.

Oxu24.com xəbər verir  ki,İngiltərə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, RAF-a məxsus Eurofighter Typhoon təyyarələri iki Rusiya təyyarəsinin NATO-nun şimal keçid məntəqəsində yerləşən Şotlandiyanın Şetland adalarının şimalına doğru yola çıxmasından sonra havaya qalxıb.

Şotlandiyanın Lossimut bazasından qalxan reaktiv təyyarələrin beynəlxalq hava məkanında Rusiya təyyarələrinin keçişini müşayiət etdiyi bildirilən açıqlamada İngiltərənin Silahlı Qüvvələr üzrə Dövlət Naziri Ceyms Heappinin də şərhlərinə yer verilib.

Sözügedən bazadakı reaktivlərin İngiltərə hava sahəsini davamlı olaraq nəzarətdə saxladığını qeyd edən Heappey, "Tayfun reaktiv təyyarələrinin pilotları bu səhər iki uzaq mənzilli Rusiya bombardmançı təyyarəsini tutmaq üçün havaya qalxdılar. Onların Şetlandın şimalından keçişlərini izlədilər. Britaniya torpaqları üçün hər hansı bir potensial təhlükəyə qarşı."

Dövlət katibi Heappey həmçinin bildirdi ki, missiyanın daha uzun müddət davam edə bilməsi üçün Eurofighter Typhoon təyyarələrini təchizat təyyarəsi müşayiət edib.

Eurofightre Typhoon təyyarəsinin pilotu da bildirib ki, iki Rusiya təyyarəsi Böyük Britaniyanın nəzarət zonasını tərk edənə qədər izlənilib.

Nazirliyin açıqlamasında bildirilir ki, Lossimut Bazasının pilotları NATO-nun 4 aylıq missiyası çərçivəsində Estoniyada olub və bu müddət ərzində Rusiya təyyarələrinə qarşı 50 müdaxilə uçuşu həyata keçirib.

Böyük Britaniyanın hava nəzarət bölgəsinə daxil olan Rusiya hərbi təyyarələrinin digər təyyarələr üçün təhlükə yarada biləcəyinə diqqət çəkilərək, Rusiya təyyarələrinin hava trafik nəzarətçiləri ilə əlaqə saxlamadığı və onları görməyə imkan verən kodları dərc etmədiyi də qeyd edilib.

İyun ayında Britaniya döyüş təyyarələri Norveç Kral Hərbi Hava Qüvvələrinin elementləri ilə birlikdə Rusiya təyyarələrinin Şimal dənizindən Britaniya hava məkanına daxil olmaq potensialına qarşı havaya qalxıb və onların qarşısını kəsiblər.

 

Müəllif: Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qırıcılar Ermənistana göndərildi: Vəziyyət hər an dəyişə bilər
Premyer Liqa klubu Konor Makqreqoru ələ saldı -FOTO
İran qərar verib

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı