Qırğızıstanda uşaqlar arasında LGBT təbliğatı qadağan edilib.
Oxu24.com xəbər verir ki,müvafiq qanunu prezident Sadır Japarov imzalayıb.
Qanunda qeyri-ənənəvi cinsi əlaqənin təbliğinə qadağa daxildir. Əgər məlumatda ailə və ənənəvi sosial dəyərlərin inkarı əlamətləri varsa, yaxud qohumlara hörmətsizlik formalaşdırırsa, məlumatlar da uşaqlar üçün zərərli sayılacaq.
Həmçinin uşaqları intihara, narkotik, tütün və spirtli içki qəbul etməyə, qumarda iştiraka, fahişəliyə və dilənçiliyə sövq etmək də qadağandır.
Digər qadağalar arasında “qeyri-qanuni davranışa haqq qazandırmaq”, ədəbsiz sözlər, pornoqrafiya, insanlara və heyvanlara qarşı qəddarlıq daxildir.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR