Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti son bir ildə bəzi ərzaq məhsullarının qiymətlərinin dəyişməsindən danışıb. Departamentdən verilən məlumata görə, kartofun qiyməti xeyli aşağı düşüb.
Oxu24.com xəbər verir ki,“Kartofun istehsalçı qiymətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5% aşağıdır”, - nazirlikdən bildirilib.
Günəbaxan və kərə yağlarının qiyməti də il ərzində aşağıya doğru dəyişib. Bu məhsullar müvafiq olaraq 13,8% və 1,8% ucuzlaşıb. Duzun qiyməti bir qədər artıb. 2023-cü ildə 3,5% bahalaşıb.
Bundan əvvəl ruslara ətin qiymətində azalma gözləmək lazım olduğu bildirilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, avqustun sonuna kimi məhsulun maya dəyəri dayanacaq.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR