Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93826
az

İranda qum fırtınası nəticəsində 700-dən çox insan xəstəxanaya yerləşdirilib

18:4113 Avqust, 2023
164
DÜNYA
  • A

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum və toz fırtınalarının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara 733 nəfər müraciət edib.

Oxu24.com xəbər verir  ki,İranın rəsmi agentliyi İRNA-ya danışan Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəisi Məcid Muhibbi vəziyyətlə bağlı məlumat verib.

Muhibbi, "Qum və toz fırtınaları səbəbindən 3 gündə Sistan-Bəlucistanın şimalındakı Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərindəki xəstəxanalara 733 nəfər müraciət edib. Bu şəxslərdən 58-i xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb",-deyə bildirib. 

Sistan-Bəlucistan Meteorologiya Baş direktoru Muhsin Haydari havada tozun miqdarının artması səbəbindən Zabulda görmə məsafəsinin 3 kilometrə, Zehekdə isə 2 kilometrə qədər azaldığını bildirib.

Dövlət qurumlarının fəaliyyəti dayandırıldı

Sistan-Bəlucistan valiliyindən edilən yazılı açıqlamada, qum və toz fırtınaları səbəbiylə bu gün Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində dövlət qurumlarının və bankların fəaliyyətinin dayandırıldığı açıqlanıb.

Ötən ay Sistan-Bəlucistan əyalətində qum fırtınaları səbəbindən yüzlərlə insan xəstəxanaya yerləşdirilib.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Blinken Türkiyənin Suriyada PKK-ya qarşı mümkün hərbi əməliyyatından danışıb
4 yaşlı uşaq 39 maqnit topu udub

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Zaqatalada daha bir yeni doğulan körpə öldü