Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93825
az

Siciliya sahillərində miqrant gəmisi batıb

18:3713 Avqust, 2023
158
  • A

İtaliyanın Siciliya adasında qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində itən 2 nəfərdən birinin cansız cəsədi tapılıb.

Oxu24.com xəbər verir ki,İtaliyanın Ansa xəbər agentliyinin məlumatına görə, gecə saatlarında Siciliya sahillərində miqrant qayığı batıb.

Hadisədən sonra əlcəzairli olduğu bildirilən qayıqda olan 11 nəfəri xilas edən səlahiyyətlilər, itkin düşən 2 nəfərin axtarış-xilasetmə işlərinə başlayıb.

Sonrakı saatlarda sahil mühafizə qrupları 30 yaşlı kişinin cansız cəsədini tapıb, itkin düşən digər şəxsin axtarış-xilasetmə işləri davam edir.

45 qeyri-qanuni miqrant xilas edilib

Daha bir miqrant qayığı Lampeduza adasında batıb.

Ekipajlar tərəfindən qayıqdan xilas edilən 45 qeyri-qanuni miqrantın Burkina Faso, Kamerun, Fil Dişi Sahili, Qambiya, Qvineya, Liberiya, Mali və Nigerdən olduğu və Avropaya keçməyə çalışdıqları açıqlanıb.

Səlahiyyətlilər dünən gecədən bəri Lampeduza adasına 390-a yaxın qeyri-qanuni miqrantın gəldiyini açıqlayıb.

Avqustun 9-da qeyri-qanuni miqrantları daşıyan gəminin Lampeduza adasında batdığı və 41 nəfərin həyatını itirdiyi bildirilib.

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatlarına görə, 2014-cü ildən bəri Liviya və Tunisdən İtaliyaya keçmək istəyərkən 14 mindən çox insan dənizdə ölüb və ya itib.

 

Müəllif:Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
Aİ Ukraynanın Rusiya qazının tranzitindən imtina etməsinin nəticəsin açıqlayıb
Lukaşenko oliqarxları ittiham etdi: Hər şey ədalətsizliklə başladı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü