Çinin şimalındakı Şaansi əyalətinin mərkəzi olan Sian şəhəri yaxınlığında torpaq sürüşməsi nəticəsində 21 nəfər ölüb.
Oxu24.com xəbər verir ki,Şian Fövqəladə Hallar İdarəsi Bürosunun verdiyi açıqlamaya görə, cümə gecəsi başlayan selin səbəb olduğu torpaq sürüşməsi nəticəsində şəhərin qərbindəki magistral yol zədələnib, 900 evin elektrik enerjisi kəsilib.
Torpaq sürüşməsi nəticəsində 21 nəfər həyatını itirib, 6 nəfər itkin düşənlərin axtarışları davam edir.
İyul ayından bəri Çinin şimal əyalətləri Doksuri və Khanun tayfunlarının səbəb olduğu güclü yağış və daşqınlarla üzləşib.
Bildirilib ki, daşqınlarda ümumilikdə 142 nəfər həyatını itirib.
Müəllif: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR