Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93822
az

Türk çayı 7 ayda 17,2 milyon dollar qazanıb

17:5713 Avqust, 2023
137
DÜNYA
  • A

Yanvar-iyul dövründə Türkiyədən çay ixracatı əvvəlki ilin eyni dövrünə görə yüzdə 30 artaraq 17 milyon 182 min 55 dollara çatıb.

Oxu24.com xəbər verir  ki,Şərq Qaradəniz İxracatçılar Birliyi İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan, ölkədən 7 ayda 109 ölkəyə, muxtar və azad zonalara çay satıldığını bildirib.

Gürdoğan bu ilin yanvar-iyul aylarında 3 min 576 ton çay ixrac edildiyini, 17 milyon 182 min 55 dollar gəlir əldə edildiyini bildirib.

Ötən ilin eyni dövründə çay ixracından 13 milyon 170 min 966 dollar gəlir əldə edildiyini ifadə edən Gürdoğan bunları bildirib:

"Çay ixracatımız əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından yüzdə 30 artdı. Belçika, ABŞ və İngiltərə ən çox ixracat edən 3 ölkə oldu. Bu dövrdə Belçikaya 6 milyon 926 min 4, ABŞ-a 2 milyon 210 min 244, İngiltərə çayı isə 1 milyon 930 min 622 dollarlıq Türkiyəyə ixrac edildi.

İxracın artması ilə paralel olaraq ölkə müxtəlifliyinin də artdığını qeyd edən Gürdoğan çayın Səudiyyə Ərəbistanı, Əlcəzair, Konqo, Slovakiya, Meksika, İtaliya, Braziliya, Polşa, Qabon, Yeni Zelandiya, Portuqaliya, Anqola, Toqoya da satıldığını bildirib. 

Türk çayına marağın günü-gündən artdığını qeyd edən Gürdoğan, çay ixracatının ilin sonuna qədər artmağa davam edəcəyinə ümid etdiklərini qeyd edib.

 

Müəlli: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

NATO ölkələri uzun illər Ukraynaya dəstəyin əleyhinədir
Yakutiyada hərbi hissələri tərk edən 26 əsgər saxlanılıb
Kursk vilayətində raket təhlükəsi elan edilib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı