Yunanıstan Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəkləyib.
OXU24.COM xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib.
"Ukraynaya dəstək olaraq G7 Vilnüs Bəyannaməsinə qoşulan 14-cü ölkə olan Yunanıstanın xalqına və hökumətinə təşəkkür edirəm. Ukraynanın özünümüdafiə qabiliyyətinin təmin edilməsində və təcavüzün təkrarlanmasının qarşısının alınmasında iştirak etməyə hazır olan dövlətlərin sayı artır", - Yermak bildirib.
Oxu24.com
ŞƏRHLƏR