Eyfel qülləsində qorxulu anlar yaşanıb.
Oxu24.com xəbər verir ki,BFM TV polis mənbələrinə istinadən məlumatına görə, polis günorta saatlarında Fransanın əsas simvolu olan Eyfel qülləsindən insanları bomba təhlükəsi səbəbindən təxliyə edib.
"Eyfel qülləsinin üç mərtəbəsi və ətrafı şənbə günü günorta saatlarında bomba xəbəri aldıqdan sonra boşaldılıb", - telekanal bildirir.
Bombanın olub-olmadığını yoxlamaq üçün hadisə yerinə istehkamçılar gəlib.
Müəllif:Nigar
Oxu24.com
ŞƏRHLƏR