Almaniya Bundesliqa komandalarından olan "Bavariya" Harri Keynlə 4 illik müqavilə imzalayıb.
Bundesliqa komandalarından olan "Bavariya" uzun müddətdir mübarizə apardığı Harri Keynin transferində xoşbəxt sona çatıb. Almaniya komandası ingilis hücumçu ilə 4 illik müqavilə imzaladığını açıqlayıb.
Oxu24.com xəbər verir ki,Alman mətbuatında çıxan xəbərə görə, Keyn üçün "Tottenhem Hotspur"a 100 milyon + 20 milyon avroluq transfer haqqı ödənilib. 30 yaşlı hücumçu onu "Bavariya" ilə bağlayan rəsmi müqaviləyə imza atıb.
Keynin transferindən çox xoşbəxt olduqlarını ifadə edən Bayern Munich prezidenti Herbert Hainer, "Yeni transferimiz üçün çox xoşbəxtik. Transfer səbr və əzm tələb etdi. Bu transferdə əməyi olan hər kəsə təşəkkür edirəm",-deyə bildirib.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR