Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93750
az

İran  uranın zənginləşdirilməsi sürətini azaldıb

23:5711 Avqust, 2023
198
DÜNYA
  • A

İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yaradılması tempini aşağı salıb və bu, bu payızda ABŞ-la nüvə məsələləri üzrə danışıqların bərpası istiqamətində bir addım ola bilər.

 

Oxu24.com xəbər verir ki,bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.


İran həmçinin əvvəllər toplanmış zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin zənginləşdirmə səviyyəsini azaldıb.

Qəzetin yazdığına görə, Tehran nüvə məsələsində ABŞ-la danışıqların yenidən başlaması səyləri çərçivəsində belə addımlar atıb.

The Wall Street Journal-ın məlumatına görə, ABŞ administrasiyasının rəsmiləri əvvəllər İrana bildiriblər ki, Tehran yayda nüvə proqramını azaltmaq üçün konkret addımlar atacağı təqdirdə, 2022-ci ilin payızında faktiki olaraq başa çatan danışıqlara yaxın aylarda qayıtmağı nəzərdən keçirməyə hazırdırlar.

Nəşr qeyd edir ki, İran hələ də 60% zənginləşdirilmiş uranın əhəmiyyətli ehtiyatlarını saxlayır ki, bu da iki nüvə qurğusu yaratmaq üçün kifayət edə bilər.

Bundan əvvəl məlum olmuşdu ki, ABŞ və İran da əsirlərin mübadiləsi ilə bağlı razılığa gəlib və bu razılaşmalar çərçivəsində Tehran ABŞ-da dondurulmuş aktivlərindən 6 milyard dollar alacaq.

 

Müəllif:Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aleksandr Maslyakov vəfat edib
ÜST dəhşətli statistikanı açıqladı: 20 mindən çox insan...
Rusiya PUA-sı bu ölkədə göründü: NATO hərəkətə keçdi

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR